AZ

"Qarabağ" ÇL-də neçənci yeri tuta bilər? – Proqnozlar açıqlandı

"Qarabağ"ın 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasındakı çıxışı ilə bağlı ehtimallar açıqlanıb.

Milli.Az xəbər verir ki, "Football Meets Data" platformasının proqnozlarına əsasən, Ağdam klubunun 1/8 finala birbaşa yüksəlmək şansı cəmi 0.1% olaraq qiymətləndirilib. Komandanın ilk 24-lükdə qərarlaşması üçün isə 9% ehtimal verilib.

1/8 finala yüksəlməsi gözlənilən komandalar arasında "Arsenal", "Liverpul", "Real Madrid", "Barselona", "İnter", "Mançester Siti", "Çelsi" və PSJ yer alır.

Qeyd edək ki, "Qarabağ" ÇL-də ilk oyununu sentyabrın 16-da "Benfika"ya qarşı keçirəcək.

Asya
Milli.Az

Seçilən
16
1
milli.az

2Mənbələr