Tam yağlı südün müntəzəm istehlakı bütün səbəblərdən ölüm riskini artırır.
Bu, Norveç alimlərinin gəldiyi şok nəticədir.
“Cebheinfo.az” xəbər verir ki, mütəxəssislər 30 ildən artıq müddətdə 73 min insanın məlumatlarını araşdırıb və belə nəticəyə gəliblər ki, yağlı süd ömrü qısaldır. Rusiyalı endokrinoloq Zöhrə Pavlova “Telegram” kanalında araşdırmanın təfərrüatlarını açıqlayıb.
Onun sözlərinə görə, müntəzəm olaraq 3,5% yağlı süd içən insanlarda ürək-damar və ürək-damar xəstəliklərindən ölüm riski artıb. Eyni zamanda, yağsız və ya az yağlı süd sevənlərdə belə risklər yox idi.
Bu baxımdan, Pavlova xüsusən də yüksək xolesterolu, artıq çəki və ürək problemi olanlara az yağlı südə keçməyi və ya fermentləşdirilmiş südün xeyrinə ondan tamamilə imtinanı tövsiyə edib. Bu yolla gələcəkdə damar problemləri riskini azaltmaq olar.