AZ

ATƏT PA-nın Prezidenti Minsk Prosesinin bağlanması ilə bağlı qərarı alqışlayıb  

ATƏT PA-nın Prezidenti Pere Joan Pons Ermənistanın və Azərbaycanın birgə müraciətindən sonra Minsk Prosesinin bağlanması ilə bağlı ATƏT Nazirlər Şurasının qərarını alqışlayıb.

AZƏRTAC xəbər verir ki, o, bununla bağlı X sosial platformasında paylaşım edib.

“Dialoqa əsaslanan bu tarixi addım Cənubi Qafqazda davamlı sülh yolunu möhkəmləndirir. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik”, - deyə ATƏT PA-nın Prezidenti vurğulayıb.

Seçilən
3
7
azerbaijan-news.az

10Mənbələr