Şirvan, 2 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hərəkət iştirakçılarına təhlükə yaradan sürücü Xaləddin Əliyev saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə X.Əliyev 17 sutka inzibati qaydada həbs olunub.