ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü irəliyə doğru böyük addımdır.
Redaktor.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalında yayımlanan Slovakiyanın baş naziri Robert Fiko Rusiya dövlət başçısı ilə görüşündə deyib.
Fiko etiraf edib ki, onun Ukraynadakı hərbi münaqişə ilə bağlı mövqeyi Qərbdəki həmkarlarından “tamamilə fərqlidir”.
Slovakiya lideri deyib ki, o, gələcəkdə nələrin gözlənilə biləcəyi barədə daha ətraflı məlumat vermək istərdi, çünki Avropa liderləri zəng edib Putinin dediklərini soruşacaqlar.
Rusiya prezidenti də öz növbəsində bildirib ki, onun Trampla əlaqələri Amerikanın yeni administrasiyasının “Rusiya Federasiyasını eşitdiyini” göstərib.
Aminə Şahsuvarqızı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.