“Turan Tovuz”da şok ayrılıq yaşanıb.
Komandanı tərk edən futbolçu və ya məşqçilər heyətindən kimsə deyil.
Rəhbər şəxs düşərgədən ayrılıb.
Söhbət Əli Balakişiyevdən gedir.
O, İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru vəzifəsində çalışırdı.
Funksionerin klubun rəhbəri Ehtiram Quliyevin yaxın adamı, qohumu olduğunu bildirək.
Gözlənilməz ayrılığın arxasında hansı səbəblərin durması hələ məlum deyil.
Qısa müddətdə onu yerinə yeni təyinat gerçəkləşəcək.
XANOĞLAN / SPORTİNFO.AZ