AZ

Ərdoğan Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaqDEYİB

İnanıram ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq.

Xezerxeber.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"İnanıram ki, Cənubi Qafqaz inşallah, arzuladığı sülhə qovuşacaq. Mən bu ümidi cənab İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm. Ağ Evdə imzalanan imzalar, şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan sülh yolunda maneələri xeyli dəf edib və yekun mərhələyə çatıblar: 

"Sərhəd qapıları açılacaq, ticarət başda olmaqla bir çox sahələrə müsbət dinamika müşahidə ediləcək. Biz də bu vəziyyətdən müsbət təsirlənəcəyik. Yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə bölgə ölkələri bu prosesdən fayda götürəcəklər", - deyə Ərdoğan qeyd edib. 

 

Seçilən
94
xezerxeber.az

1Mənbələr