Bakı. Trend:
“ARB 24” TV Trend İnformasiya Agentliyinin yaranmasının 30illiyi münasibətilə reportaj hazırlayıb.
Reportajda 30 il öncə kiçik bir kollektivlə işə başlayanAgentliyin dünyanın müxtəlif ölkələrindən sədasının gəlməsindən,Agentliyin iş prinsiplərindən söz açılıb.
"Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin yaranmagünüdür. 1995-ci ildə fəaliyyətə başlayan Trend İnformasiyaAgentliyinin 30 yaşı tamam olur. Fəaliyyətə başlayanda bir neçəəməkdaşı olsa da, qısa müddət ərzində həm yaradıcı, həm də ümumitərkibi böyüdü və ən çox istinad edilən İnformasiyaAgentliklərindən birinə çevrildi. Trend hazırda Azərbaycan dili dədaxil olmaqla, 3 dildə xəbərlər hazırlayır", - reportajdadeyilir.
Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsisolunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarındanbirinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərindəyayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm dəbeynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldəedib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət vəidman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitikmaterialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm dəregion üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimifəaliyyətini uğurla davam etdirir.
Daha ətraflı videomaterialda: