Hər il olduğu kimi bu ildə universitetlərdən məzun olan tələbələr arasında akademik uğurları ilə fərqlənən, yüksək nəticələr əldə edib qırmızı diploma layiq görülənlər olub.
Bu il neçə tələbə qırmızı diploma layiq görülüb?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, 2024-2025-ci tədris ilində ümumilikdə məzun fərqlənmə diplomuna layiq görülüb:
"Belə ki, bakalavr üzrə 8, magistratura təhsil pilləsi üzrə isə 22 tələbə fərqlənmə diplomuna layiq görülüb".