AZ

Putin Ukraynanın vurduğu ziyandandanışdı

Rusiya Prezidenti Vladimir Putin Pekində Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşü zamanı Ukraynanın Moskvanın tərəfdaşlarına ziyan vurduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putinin sözlərinə görə, Ukrayna Rusiyanın infrastruktur obyektlərinə hücumlarına cavab verməyə çalışsa da, nəticədə həm Rusiyaya, həm də onun tərəfdaşlarına ziyan vurur:

“Ukrayna tərəfi bizə zərər vurmağa çalışır, amma eyni zamanda bizim tərəfdaşlarımıza da ziyan vurur”, - deyə Rusiya lideri qeyd edib.

Bundan öncə Putin Slovakiya baş naziri ilə görüşdə Qərb siyasətçilərini “dəhşət filmlərinin mütəxəssisləri” adlandıraraq Rusiyanın guya Qərb ölkələrindən birinə hücum planları ilə bağlı iddiaları isteriya adlandırmışdı.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
1
1
redaktor.az

2Mənbələr