ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycan Respublikası müdafiə nazirinin keçmiş müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı (2014–2024) Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Almaniyada yaşayan jurnalist Cavanşir Həsənli bildirib.
Onun sözlərinə görə, LONDON GASTRONOMY GROUP LTD şirkəti onun vəzifədən azad edilməsindən cəmi 6 gün sonra ləğv edilib.
FOLEY'S RESTAURANT LIMITED şirkəti və eyniadlı lüks restoranın fəaliyyətinə isə bu ilin aprelində iflas qərarı ilə son verilib.
Xəzər
“Cebheinfo.az”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.