AZ

Silk Way West Airlines şirkətinin üçüncü Boeing 777 yük təyyarəsi Bakıya gəlib

Bakı. Trend:

Silk Way West Airlines üçüncü Boeing 777 yük təyyarəsinin HeydərƏliyev Beynəlxalq Hava Limanına eniş etdiyini qürurla elan edir. Buhadisə strateji donanma yeniləmə proqramında növbəti mərhələniifadə edir. Təyyarə birbaşa Boeing-in Sietldakı istehsal bazasındanBakıya gətirilərək, aviaşirkətin artmaqda olan yeni nəsil yüktəyyarələri parkına qoşuldu.

Bu addım Silk Way West Airlines şirkətinin 2030-cu ilə qədərçatdırılması nəzərdə tutulan 10 ədəd Boeing 777F təyyarəsisifarişinin bir hissəsidir. Yeni yük gəmiləri mərhələli şəkildəköhnə təyyarələri əvəz edəcək, bu isə istismar səmərəliliyiniəhəmiyyətli dərəcədə artıracaq və ətraf mühitə təsiri azaldacaq. Butəşəbbüs şirkətin karbon emissiyalarının azaldılması və yanacaqsəmərəliliyinin artırılması da daxil olmaqla ekoloji məqsədlərinənail olmaq istiqamətində davamlı səylərini əks etdirir.

Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayerüçüncü Boeing 777F təyyarəsinin gəlişini aviaşirkətin uzunmüddətliinkişaf strategiyasında daha bir mühüm addım adlandırıb:"Donanmamızı müasir və yanacağa qənaətli təyyarələrləgenişləndirməklə, biz təkcə qlobal bazardakı mövqeyimizigücləndirmirik, həm də ekoloji məsuliyyət prinsiplərinəsadiqliyimizi təsdiqləyirik. Bu sərmayələr müştərilərimizin dəyişənehtiyaclarını əks etdirməklə yanaşı, qarşıdakı illərdə davamlıinkişaf vizyonumuzu da dəstəkləyir. "

2012-ci ildə İpək Yolunun mərkəzi olan Bakıda təsis edilmiş SilkWay West Airlines şirkəti dünyanın 40-dan çox istiqamətinə hər ayyüzlərlə uçuş həyata keçirir. Bu gün aviaşirkətin donanmasınaBoeing 777F, 747-8F və 747-400F təyyarələri daxildir ki, bu da ildə500 min tondan artıq yük daşınmasına imkan verir. Şirkət 2030-cuilə qədər iki Boeing 777F, iki Boeing 777-8F və iki Airbus A350Ftəyyarəsinin təhvil alınmasını gözləyir ki, bu da onun davamlılıqvə modernləşmə proqramını daha da gücləndirir.

Silk Way West Airlines haqqında

Silk Way West Airlines Xəzər dənizi və Mərkəzi Asiya regionununaparıcı yükdaşıma aviaşirkətidir. Aviaşirkət Bakının Heydər ƏliyevBeynəlxalq Hava Limanında yerləşərək, geniş marşrut şəbəkəsivasitəsilə Avropanı, MDB ölkələrini, Yaxın Şərqi, Asiyanı vəAmerikaları birləşdirir. Yeniliklərə, davamlı inkişafa və yüksəkxidmət standartlarına əsaslanan Silk Way West Airlines dünya havayükdaşıma sahəsində standartların yüksəldilməsinə mühüm töhfəverir.

Daha ətraflı məlumat üçün: www.silkwaywest.com

Seçilən
19
9
az.trend.az

10Mənbələr