AZ

Hacıqabulda 20 nəfərin kartını talamış şəxs həbs olundu

Hacıqabulda sosial şəbəkələr vasitəsilə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir.

Bədəməlin 20 nəfərin etibarından sui-istifadə edərək bank kartlarının məxfi məlumatlarını əldə etdiyi müəyyənləşib. Bu üsulla A.Qurbanov 10.000 manatdan artıq pulu ələ keçirib. pizza mizza

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Seçilən
28
1
yenisabah.az

10Mənbələr