Sentyabrın 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 23 nəqliyyat vasitəsi satılıb.
XQ bu barədə qurumdan verilən məlumata istinadən xəbər verir ki, hərraclara çıxarılan 24 əmlaka ümumilikdə 122 sifariş qəbul edilib. Bunlardan 52-si onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda start qiyməti 10.200 manat olan “Mitsubishi L200” markalı avtomobil 15.000 manata, 11.000 manat olan “Mitsubishi L200” markalı avtomobil 14.720 manata, 5.200 manat olan “Hyundai Sonata” isə 7.000 manata satılıb.
Cari ay ərzində növbəti hərraclar 4, 9, 16, 23 və 30 sentyabr tarixlərində keçiriləcək.