“Rusiya və İran zaman keçdikcə Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarının əsassız olduğunu anlayacaq”.
Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"İnanıram ki, Cənubi Qafqaz inşallah, arzuladığı sülhə qovuşacaq. Mən bu ümidi Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm. Ağ Evdə imzalanan sənədlər şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan sülh yolunda maneələri xeyli dəf edib və yekun mərhələyə çatıblar", -Türkiyə lideri bildirib.
O əlavə edib ki, sülhün bərqərar olması ilə sərhəd qapıları açılacaq, bir çox sahələrə, xüsusilə ticarətə müsbət təsir göstərəcək. Bunun da bizə müsbət təsiri ola bilər. Region ölkələri də yeni əməkdaşlıq imkanlarından yararlanacaqlar. Azərbaycan Prezidenti İlham Əliyevlə, sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüm oldu. Hər iki görüşdə də gördüm ki, Əliyevlə Paşinyan eyni mövqedədir. Eyni istiqamətə baxırlar".
Nurlana ƏhmədovaMissiya.Az