Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.
Marja xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensialın olduğu bildirilib.
Azərbaycandan Maldivə birbaşa uçuşların turizmin inkişafında roluna toxunuldu, viza prosedurunun sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq, həmçinin ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olundu.
Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyini, orada siyasi məsləhətləşmələrin aparıldığını və iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu vurğuladyıb.
Məhəmməd Muizzu dövlətimizin başçısını Maldivə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.