AZ

"Yuventus" Belçika millisinin hücumçusunu heyətinə qatdı

İtaliyanın "Yuventus" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Operativ Media xəbər verir ki, "ağ-qaralar" "Leypziq"dən Lois Opendanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat.

"Yuventus" 40 milyon avro ödəməklə Belçika millisinin üzvünün transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Leypziq" Lois Opendanı 2023-cü ilin yayında "Lans"dan transfer edib. 25 yaşlı forvard ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
18
operativmedia.az

1Mənbələr