"Şəki" basketbol klubu baş məşqçisi Bedri Meriçlə müqavilənin müddətini uzadıb. 


Bu barədə Rekord.az-a bölgə təmsilçisindən məlumat verilib. 


Türkiyəli mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan yeni sözləşmə imzalanıb. 


Qeyd edək ki, "Şəki" ötən mövsüm Azərbaycan Basketbol Liqasında üçüncü yeri tutub.