AZ

Əhalinin banklardakı əmanətləri 15 milyard manatı ötdü: milli valyutada artım, xarici valyutada azalma

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan banklarında fiziki şəxslərinəmanətlərinin həcmi 15,456 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, əmanətlərin həcmi cari ilin iyulun 1-nə nisbətən19,1 milyon manat və ya 0,1%, ötən ilin analoji dövrü iləmüqayisədə isə 1,5 milyard manat və ya 10,7% artıb.

Bu ilin avqustun 1-nə fiziki şəxslərin milli valyuta iləbanklarda əmanətlərinin həcmi 10,472 milyard manat, xarici valyutailə isə 4,984 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi bu ilin iyulun 1-i iləmüqayisədə 28,1 milyon manat və ya 0,3%, illik müqayisədə isə 1,2milyard manat və ya 13,2% artıb.

Xarici valyuta ilə isə bu göstərici cari iyulun 1-nə olanrəqəmlərə nisbətən 9,1 milyon manat və ya 0,2% azalıb, illiknisbətdə isə 273,4 milyon manat və ya 5,8% artıb.

Məqalədə:
Seçilən
12
2
az.trend.az

3Mənbələr