AZ

Səbaildə narkokuryer 10 kiloqram marixuana ilə saxlandı


Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı 42 yaşlı A. Həsənov saxlanılıb. Ondan 10 kiloqram tərkibi zərərli qatqılarla zənginləşdirilmiş marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

A. Həsənovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

ZÜMRÜD

Seçilən
18
20
baki-xeber.com

10Mənbələr