Bakı. Trend:
Bank sektorunda peşəkar kadrların yetişdirilməsinə töhfə verməkməqsədi ilə təşkil olunan Yelo Bank-ın “Summer Challenge” yaytəcrübə proqramı bu il də uğurla başa çatdı. Proqram çərçivəsində55 seçilmiş gənc iştirakçı Bankın müxtəlif departamentlərində realiş mühiti ilə tanış olaraq, peşəkar mütəxəssislərin mentorluğualtında praktiki bilik və bacarıqlar əldə etdi.
İştirakçılar təcrübə müddətində Yelo Bank-ın gündəlik fəaliyyətinəcəlb olunaraq layihələrin hazırlanması, tədbirlərin təşkili vəkomanda işində fəal rol oynadılar. Proqram gənclərə liderlik,ünsiyyət, analitik düşüncə və ideya istehsalı kimi mühümbacarıqları inkişaf etdirmək üçün geniş imkanlar yaratdı.
Proqramın sonunda bütün iştirakçılara rəsmi sertifikatlar təqdimolundu. Aktivliyi və peşəkar yanaşması ilə seçilən bir sıraiştirakçılar isə artıq Yelo Bank-da işlə təmin olunaraq komandayaqoşulublar.
Yelo Bank-ın təşəbbüsü ilə “Summer Challenge” kimi proqramlargələcək illərdə də davam etdiriləcək və daha çox gəncin karyerayolunda ilk addımlarını atmasına imkan yaradacaq.
Banklardavakansiya ilə bağlı ətraflı məlumat almaq istəyirsiniz? O zaman981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!