AZ

Jerar Depardye məhkəmə qarşısına çıxacaq

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransalı aktyor Jerar Depardye aktrisa Şarlotta Arnuya qarşı seksual xarakterli zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Şarlotta Arnu aktyora qarşı ittihamları 2018-ci ildə 22 yaşındaykən irəli sürüb. O, atasının dostu olan Depardyenin avqust ayında Parisdəki evində ona iki dəfə təcavüz etdiyini iddia edib. O, polisə gedib, lakin istintaq məhkəməyə gətirib çıxartmadı. 2024-cü ildə Paris prokurorluğu Arnunun ifadəsinin məhkəmədə araşdırılmasını tələb edib.

76 yaşlı aktyor 2020-ci ilin dekabrından bu iş üzrə istintaqa cəlb olunub. O, ittihamları rədd edərək, Arnu ilə münasibətinin könüllü olduğunu deyir. Bununla belə, Paris prokuroru işdə ciddi və təsdiqlənmiş sübutların olduğunu bildirib.

May ayında Paris məhkəməsi Depardyeni seksual xarakterli zorakılıq ittihamı ilə 18 aylıq şərti həbs cəzasına məhkum edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
114
1
yeniavaz.com

2Mənbələr