AZ

Vuçiç Putinlə söhbətindən danışdı

Serbiya prezidenti Aleksandr Vuçiç Pekində Rusiya lideri Vladimir Putinlə görüşdə çox açıq, dürüst və vacib söhbət etdiklərini qeyd edib.

Teleqraf xəbər verir ki, Vuçiç Pekində Putinlə görüşdə hərbi-texniki əməkdaşlıq və enerji məsələlərinin müzakirə edildiyini də bildirib.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinlə çox açıq, səmimi və vacib söhbətimiz oldu və hesab edirəm ki, biz qarşılıqlı maraq doğuran bütün mövzulara toxunduq", - Vuçiç görüşün yekununda Serbiya mətbuatına bildirib.
Seçilən
13
2
sherg.az

3Mənbələr