AZ

Sabunçuda uşağa işgəncə verən qəyyum saxlanıldı

Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülməklə davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Seçilən
50
49
news24.az

10Mənbələr