AZ

Vəkillər Kollegiyasında təcrübəçi tələbələrlə görüş keçirilib  

Sentyabrın 2-də Vəkillər Kollegiyasının sədri Anar Bağırov ilk dəfə təcrübə keçmiş ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbələri ilə görüşüb.

Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə sədr tələbələrin onların hüquq sahəsində bilik və bacarıqlarının artırılması baxımından təcrübənin əhəmiyyət daşıdığını, peşə fəaliyyətinə erkən cəlb olunmağın onların gələcək karyerası üçün mühüm təcrübə qazandırdığını və hüquq sahəsində peşəkar inkişafa təkan verdiyini bildirib.

Qeyd edilib ki, kollegiya ilə ölkənin bütün hüquq fakültələri arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində tələbələrin vəkil qurumlarında təcrübə keçmələri üçün geniş imkanlar yaradılıb. Bu il 65 nəfər Femida könüllüsü, 163 tələbə istehsalat təcrübəsində və 18 nəfər isə könüllü əsaslarla təcrübədə iştirak edib.

Görüş zamanı təcrübə keçən tələbələrin təəssüratları dinlənilib, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib.

Seçilən
9
3
azerbaijan-news.az

4Mənbələr