AZ

Xankəndi"dən İbrahim Uzunca ilə bağlı yeni qərar

Yeni mövsümdən 2-ci liqada çıxış edəcək "Xankəndi” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, ötən mövsüm “Xankəndi”yə Region Liqasının çempionluğunu qazandıran türkiyəli mütəxəssis İbrahim Uzunca ilə əməkdaşlıq davam etdiriləcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

63 yaşlı UEFA PRO kateqoriyasına sahib çalışdırıcı ilə bir illik müqavilə imzalanıb.

Uzuncanın karyerası ərzində Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo” Bakı klublarında baş məşqçi kimi fəaliyyəti olub. Türkiyədə isə “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ “Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” klublarını çalışdırıb.

Seçilən
77
6
football-plus.az

10Mənbələr