"Report" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Bürosunun nümayəndəsi İndrika Ratvatte məlumat verib.
"Təbii fəlakətə məruz qalmış əyalətlərin coğrafi uzaqlığını və əhalinin yüksək sıxlığını nəzərə alsaq, zəlzələ yüz minlərlə insana təsirsiz ötüşməyə bilər", - o, brifinqdə bildirib.
Nümayəndənin sözlərinə görə, maliyyənin azaldılması səbəbindən BMT-nin təbii fəlakətdən zərər çəkmiş sakinlərə humanitar yardım göstərmək üçün kifayət qədər resursu yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Hinduquş dağlarındakı zəlzələdən 12 minə yaxın Əfqanıstan sakini birbaşa təsirlənib.
4Mənbələr
-
cebheinfo.azBMT: Əfqanıstandakı zəlzələ yüz minlərlə insana təsir edib ( 20950894)
-
sherg.azBMT: Əfqanıstandakı zəlzələ yüz minlərlə insana təsir edib ( 20947285)
-
poliqon.infoBMT: Əfqanıstandakı zəlzələ yüz minlərlə insana təsir edib ( 20947207)
-
demokrat.azBMT: Əfqanıstandakı zəlzələ yüz minlərlə insana təsir edib ( 20946865)