AZ

“Xankəndi” baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

Yeni mövsümdə Azərbaycan II Liqasında mübarizə aparacaq “Xankəndi” komandası baş məşqçisi İbrahim Uzunca ilə müqavilənin müddətini uzadıb.

Bu barədə klubdan 90deqiqe.Az-a məlumat verilib.

Təcrübəli türkiyəli çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.

“Xankəndi” 63 yaşlı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm Region Liqasının qalibi olub.

O, indiyədək Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo”( Bakı ) klublarında baş məşqçi kimi fəaliyyət göstərib. Türkiyədə isə “Adana Dəmirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ “Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” kollektivlərini çalışdırıb.

Seçilən
88
6
90deqiqe.az

7Mənbələr