AZ

Ömər Çelik: Dəmir Qübbə heç bir ölkə üçün təhdid deyil

ain.az, Apa.az portalına istinadən məlumat verir.

“Türkiyənin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemi heç bir ölkə üçün təhdid deyil”

APA-nın İstanbul bürosu xəbər verir ki, bunu AK Partiya sözçüsü Ömər Çelik deyib.

O bildirib ki, keçmişdə Türkiyəyə sadə tapança almaq üçün belə embarqo tətbiq edən ölkələr indi ölkənin müdafiə sənayesindəki uğurlarını manşetlərinə çıxarırlar.

Çelik əlavə edib ki, Türkiyənin "Dəmir Qübbə" (Iron Dome) sistemi üçün atdığı imza heç bir ölkə üçün təhdid məqsədi daşımır.

Dəryanur Cəfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
5
apa.az

6Mənbələr