Ermənistan mətbuatında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilən, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın həbsxanada aclıq aksiyası keçirməsinə dair iddialar yayılıb.
Publika.az xəbər verir ki, hazırda Azərbaycanda həbs həyatı yaşayan muzdlu terrorçunun aclıq aksiyası keçirməsi ilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil.
O, gündəlik həbxsana rejiminə uyğun olaraq cəzasını çəkir.