AZ

Cüdoçularımız Universiadada iştirak edəcəklər

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sentyabrın 3-dən 9-dək Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin III Universiadası keçiriləcək.

İdman.biz xəbər verir ki, multi-idman turnirinin cüdo yarışlarında Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 9 cüdoçu (7 kişi, 2 qadın) ilə təmsil olunacaq.

Yarışda cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və yeniyetmə qızlardan ibarət yığmanın məşqçisi Əmrah Əhmədov rəhbərlik edəcək.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq

Bahadır Feyzullayev

-66 kq

Nurlan Kərimli

-73 kq

Mehdi Cəfərov

-81 kq

Mehdi Abbasov

-90 kq

Cəsur İbadlı

-100 kq

Əli Qazıməmmədov

+100 kq

Qurban Məmmədli

Qadınlar

-48 kq

Könül Əliyeva

-70 kq

Südabə Ağayeva

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
2
icma.az

4Mənbələr