AZ

Unudulan imza, gerçəkləşən transfer: Vissa Nyukasl da

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərə Premyer Liqasında transfer pəncərəsinin bağlanmasına az bir müddət qalmış maraqlı hadisə baş verib.

Fanat.Az xəbər verir ki, “Brentford”un hücumçusu Yoane Vissa İngiltərə transfer pəncərəsinin bağlanmasına cəmi 30 saniyə qalmış “Nyukasl Yunayted”ə keçib.

Bu barədə məlumatı "Sky Sports" yayıb.

Maraqlı məqam isə sənədləşmə prosesində yaşanıb. Belə ki, Vissanın meneceri sənədlərdən birini imzalamağı unudub. Son anda "Nyukasl"ın məşq bazasına daxil olaraq konqolu oyunçunu tapıb və verilmiş əlavə vaxt bitmədən sənədləri imzalatdırıb.

Beləliklə, Wissanın transferi İngiltərə vaxtı ilə saat 19:00-da bağlanan transfer pəncərəsindən 2 saat sonra, 20:59-da rəsmiləşib.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
fanat.az

2Mənbələr