AZ

"Fənərbağça" və "Qalatasaray" yeni qapıçılarına nə qədər ödəyəcəklər? - MƏBLƏĞ

“Fənərbağça” və “Qalatasaray”ın yeni transferlərinə illik ödəyəcəkləri maaşın məbləği məlum olub.

Fanat.Az xəbər verir ki, “Fənərbağça” Ederson Moraesə 4 illik müqavilə əsasında illik 11 milyon avro ödəyəcək.

Eyni zamanda, “Qalatasaray” Uğurcan Çakırı “Trabzonspor”dan heyətinə cəlb edib.

Futbolçu 5 illik müqavilə əsasında illik 2.3 milyon avro qazanacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" 12 xalla birinci, "Fənərbağça" isə 7 xalla 5-ci pillədə qərarlaşıb.

Kamil Xudiyev

 

Seçilən
7
fanat.az

1Mənbələr