AZ

Bu ölkə Əsədin həbsinə yenidən ORDER VERDİ

Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və onun rejiminin 6 yüksək vəzifəli üzvünün həbsinə order verib.

Publika.az xəbər verir ki, bu barədə "La Croix" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, orderlər “müharibə cinayətlərində və insanlığa qarşı cinayətlərdə şəriklik” ittihamı üzrə 13 illik araşdırmadan sonra verilib. Buna səbəb 2012-ci ilin fevralında Suriya ordusu tərəfindən Humsda mətbuat mərkəzinin atəşə tutulması, nəticədə beynəlxalq media orqanlarının jurnalistlərinin ölməsi hadisəsi olub.

Əsədlə yanaşı, onun qardaşı Mahir Əsədə, Suriya kəşfiyyatının keçmiş direktoru Əli Məmlükə və ordu qərargah rəisi Əli Əyyuba qarşı orderlər verilib. Vəkillər bu qərarı Fransada gələcək məhkəmə prosesi üçün tarixi addım adlandırırlar.

İyulun sonlarında Paris prokurorluğu Əsədin iyunun 26-da Kassasiya Məhkəməsi tərəfindən əvvəlkinin ləğvindən sonra yeni beynəlxalq həbs qərarı tələb etmişdi.

Seçilən
24
9
publika.az

9Mənbələr