AZ

Sabiq FIFA referisi Əliyar Ağayevin qərarlarını şərh etdi - VİDEO

Misli premyer-liqasının 3-cü turunda keçirilmiş “Neftçi” – “Turan Tovuz” matçında baş hakim Əliyar Ağayevin mübahisəli qərarlarına türkiyəli sabiq FIFA referisi Deniz Ateş Bitnel münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, “Neftçi”nin mətbuat xidməti bununla bağlı videomaterial hazırlayıb.

Bitnel 55-ci dəqiqədə İqor Ribeyroya göstərilən qırmızı vərəqəni, 21-ci dəqiqədə Bassala Sambunun cərimə meydançasında yerdə qaldığı anda mümkün qayda pozuntusunu və 11-ci dəqiqə İmad Farajla bağlı epizodu dəyərləndirib.

Qeyd edək ki, oyun 1:0 hesabı ilə Tovuz təmsilçisinin xeyrinə başa çatıb.

Seçilən
21
3
football-plus.az

9Mənbələr