AZ

Azərbaycanın stolüstü tennisçiləri Universiadada iştirak etmək üçün Qırğızıstana yollanıb

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Azərbaycan stolüstü tennisçiləri Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər.

Federasiyadan verilən məlumata görə, komanda bu gün yarışın keçiriləcəyi Qırğızıstana yollanıb.

Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Amin Oruczadə və Tural Mirzəyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə sözügedən yarışda qələbə uğrunda mübarizə aparacaqlar.

Çolpan-Ata şəhərində təşkil olunacaq Universiadaya sabah start veriləcək. Yarışa sentyabrın 9-da yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
2
icma.az

3Mənbələr