"Rusiya zərbələr endirməyə davam edir. Təbii ki, biz buna cavab verəcəyik"
AzNews.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenski qeyd edib ki, səhər saatlarından o, hərbçilərdən, o cümlədən Hərbi Hava Qüvvələrinin komandirindən pilotsuz təyyarələrin vurulması ilə bağlı xəbərlər alır.
Onun sözlərinə görə, Putinin Çindən verdiyi bəyanatlara baxmayaraq, Rusiya ordusunun pilotsuz təyyarələri getdikcə daha çox Ukraynaya hücum edir.