AZ

"Peşə Ustalığı Yarışları"nın Mərkəzi Aran üzrə regional turu başa çatdı

“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın Bərdədə reallaşan növbəti regional turu maraqlı anlarla yadda qalıb.

Publika.az xəbər verir ki, Bərdə Elektrik Şəbəkəsində (EŞ) təşkil olunan açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək yarışların əhəmiyyətindən bəhs edib. Bildirib ki, “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları” mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirir. Eləcə də onlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan islahatlar, həmçinin “Azərişıq” ASC tərəfindən son 5 ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumatlar əldə edirlər.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə 8 komanda – "Ağdaş EŞ”, “Bərdə EŞ”, “Goranboy EŞ”, “Göyçay EŞ”, “Mingəçevir EŞ”, “Tərtər EŞ”, “Ucar EŞ”, “Yevlax EŞ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 suala cavab tapmağa çalışıblar.

Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Seçilən
68
49
publika.az

10Mənbələr