AZ

Kayl Larin Feyenoord da RƏSMİ

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sabiq "Beşiktaş"lı Kayl Larinin karyerasına harada davam etdirəcəyi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Kanada millisinin hücumçusu “Malyorka”dan “Feyenoord”a keçib.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.Futbolçu İspaniyada icarə əsasında çıxış edəcək.

29 yaşlı forvard karyerası ərzində bir çox klublarda çıxış edib. O, peşəkar futbol həyatına MLS-də "Orlando Siti" klubunda başlayıb. Daha sonra Türkiyədə "Beşiktaş" formasını geyinib və Super Liqa çempionluğu yaşayıb. 2019/20 mövsümündə isə Belçikanın "Zulte Varegem" klubunda icarə əsasında oynayıb.

2022-ci ildə azad transferlə "Brügge"yə keçən Larin, 2023-cü ilin qışında La Liqa təmsilçisi "Real Valladolid"ə icarəyə göndərilmiş və burada 8 qolla yadda qalmışdı. Elə həmin ilin yayında isə İspaniyanın digər klubu "Malyorka"ya 7,5 milyon avro qarşılığında transfer olunmuşdu.

Kanadalı hücumçu hazırda "Feyenoord"da yeni bir səhifə açır.

Qeyd edək ki, Larinin indiki transfer dəyəri təxminən 3,5 milyon avro təşkil edir.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
fanat.az

2Mənbələr