AZ

Mourinyonun yeni ünvanı bəlli oldu! Tələb etdiyi məbləğ hər kəsi təəccübləndirdi

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fənərbaxça ilə yollarını ayıran dünyaca məşhur portuqaliyalı baş məşqçi Joze Mourinyonun yeni ünvanı ilə bağlı maraqlı iddia ortaya atılıb. Xəbərlərə görə, təcrübəli məşqçi Rusiya klubları ilə ilkin danışıqlar aparıb və bu ölkədə işləməyə müsbət yanaşır.

Euro Footballun məlumatına əsasən, Mourinyo bir neçə rus klubu ilə görüşüb. Onun Rusiyada çalışmaq istədiyi və ən azı iki illik müqavilə tələb etdiyi bildirilir.

Digər tərəfdən, 62 yaşlı mütəxəssisin texniki heyəti ilə birlikdə bu klublardan illik 20 milyon avro zəmanətli maaş istədiyi irəli sürülüb.

Mourinyo, 2 iyun 2024-cü ildə Fənərbaxça ilə rəsmi müqavilə imzalamışdı. Təxminən 15 ay İstanbul klubunda çalışan portuqaliyalı məşqçi, Super Liqada komandanın başında 36 oyuna çıxıb. Bu müddətdə Fənərbaxçə 26 qələbə, 6 heç-heçə və 4 məğlubiyyət əldə edib.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
news.milli.az

1Mənbələr