AZ

ABŞ Karib dənizində Venesueladan narkotik daşıyan gəmini vurub

Vaşinqton, 3 sentyabr, AZƏRTAC

ABŞ ordusu Karib dənizində Venesueladan narkotik daşıyan gəmini vurub.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb. O, hadisənin çox yeni baş verdiyini və detalların açıqlanacağını bildirib.

Trampın sözlərinə görə, ABŞ-a böyük həcmdə narkotik vasitələr axır və bu, Venesueladan gəlir.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
6
6
azertag.az

7Mənbələr