Rusiyada saat 21:00 radələrində intensiv şimal işıqları birinci pik nöqtəsinə çatıb.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Öncəki gecə baş vermiş geomaqnit qasırğasının gücü G2 kateqoriyasına (orta güclü qasırğa) uyğun olub, daha sonra G1 səviyyəsinə (zəif qasırğa) enib. Ardınca Yer magnetosferası hələ də aktiv qalsa da, pozuntuların səviyyəsi artıq geomaqnit qasırğası kimi təsnif ediləcək qədər güclü olmayıb.