AZ

Göyçayda güclü yanğın - Yeşik sexi külə döndü

Göyçayda güclü yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Bahəddin Mirzəyev küçəsində sahibkar 1979-cu il təvəllüdlü Mustafayev Samir Vidadi oğluna  məxsus yeşik sexində baş verib.

Yanğın zamanı sexin 300 m² ərazisi, içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə FHN-nin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının yeşik sexinin emal hissəsində başladığı və qısaqapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
88
10
news24.az

10Mənbələr