AZ

Alen Delonun oğlu aktyorun vəsiyyətinin ləğvini tələb edir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mərhum fransalı aktyor Alen Delonun kiçik oğlu Alen-Fabyen atasının vəsiyyətinin yekun varintını ləğv etmək üçün məhkəməyə müraciət etməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

Məlumata əsasən, o iddia edir ki, 2022-ci ilin noyabrında imzalanan sənədin etibarlılığı şübhə altındadır, çünki həmin dövrdə məşhur aktyor artıq anlaqlı şəkildə qərar qəbul etmək imkanına malik olmayıb.

Məlumata görə, Alen-Fabyen atasının əsərlərinə dair müəllif hüquqlarının tam şəkildə bacısı Anuşka Delona verilməsindən narazıdır. O, sənədin 2015-ci il variantına qaytarılmasını tələb edir. Həmin vəsiyyətnamədə əmlak və aktivlər belə bölünmüşdü: 50% bacıya, 25%-dən isə hər iki qardaşa - Antoni və Alen-Fabyenə.

Bundan əlavə, Alen-Fabyen atasının 2023-cü ilin fevralında xəstəxanada olduğu vaxt onun adından Anuşkaya bağışlanan hədiyyə aktının da ləğv edilməsini istəyir.

Onun əldə etdiyi tibbi hesabatlara əsasən, Alen Delon 2019-cu ildən etibarən yaddaş, konsentrasiya və qavrayış problemlərindən əziyyət çəkib. Alen-Fabyen iddia edir ki, bu məlumatlar ailədən gizlədilib. Böyük qardaş Antoni isə həmin tibbi sənədlərin həqiqiliyini sübut etmək üçün 2023-cü ilin noyabrında Anuşkanı məhkəməyə verib.

Qeyd edək ki, Alen Delon 2024-cü il avqustun 18-də 88 yaşında vəfat edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
157
1
oxu.az

10Mənbələr