AZ

Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib Azərbaycan Prezidenti İlham Əliyev paradı izləyib YENİLƏNİB

Pekin, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradı izləmək üçün Çinin paytaxtı Pekindəki Tiananmen Meydanına gəliblər.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.

Seçilən
61
49
azertag.az

10Mənbələr