Dogru.az saytına istinadən ain.az xəbər verir.
Sentyabrın 3-də Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.
Doğru.az Azərtac-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradı izləmək üçün Pekindəki Tiananmen Meydanına gəliblər.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan dövlət başçımızı və birinci xanımı qarşılayıblar.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.