Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social"dakı paylaşımında qeyd edib.
"Sədr Si Cinpin və gözəl Çin xalqı gözəl və unudulmaz bayram keçirsin. Xahiş edirəm, Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız zaman Vladimir Putinə və Kim Çen Ina ən səmimi salamlarımı çatdırın. Bir çox amerikalı Çinin qələbəsi uğrunda mübarizəsində həlak olub. Ümid edirəm ki, onlar şərəf və cəsarətlə xatırlanacaqlar", - Ağ Evin rəhbəri yazıb.
Tramp hansı "sui-qəsd"dən bəhs etdiyini açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31