AZ

Lənkəranda ağır qəza - 3 nəfər xəsarət aldı – FOTO

Lənkəran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin “Qala Xiyabanı” ərazisində qeydə alınıb. 

“VAZ-2107” markalı minik avtomobili ilə “Chevrolet Cruz” markalı avtomobil toqquşub. Zərbədən avtomobillərdən biri yol kənarındakı elektrik dirəyinə çırpılaraq onu aşırıb, daha sonra yaxınlıqdakı marketin soyuducusuna zərər vurub.

Qəza nəticəsində 3 nəfər – Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Mübariz Akif oğlu Əsədov, 1992-ci il təvəllüdlü Vüsalə Hikmət qızı Əhmədli və 1979-cu il təvəllüdlü Aypara Balakişi qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar təcili yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq hospitalizasiya olunublar.

Onlara ilkin tibbi yardım göstərilib və vəziyyətlərinə uyğun olaraq müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
78
6
bizim.media

10Mənbələr