Göygöldə evdən 86 yaşlı qadının meyiti aşkarlanıb.
News24.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.
1939-cu il təvəllüdlü Q.Abbasovanın meyiti yaşadığı ünvanda aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.