1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.
Oxu.Az xəbər verir ki, paradda iştirak edən liderlərin rəsmi foto çəkdirmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında qısa dialoq olub.
Ölkə prezidentlərinin bir-biri ilə səmimi dialoqu Azərbaycan dilində baş tutub.